Şənbə, 04 May

Navalnı "yoxa çıxıb"

image

Həbsdə olan rusiyalı müxalifət lideri Aleksey Navalnının mətbuat katibi Kira Yarmış bildirib ki, onun adı artıq cəzasını çəkdiyi Melexovdakı islah koloniyasının siyahısında yoxdur.

Xəbər verilir ki, bu barədə Navalnı ilə əlaqə saxlamaq mümkün olmayandan 6 gün sonra məlum olub.

“Bildirdilər ki, məhbus Navalnı artıq onların siyahısında yoxdur. Onun hara köçürüldüyünü söyləməkdən imtina edirlər”, - deyə Yarmış bildirib.

Navalnının nümayəndəsi onu da qeyd edib ki, Vladimir vilayətindəki xüsusi rejimli koloniya olan 7 saylı cəzaçəkmə müəssisəsində vəkilə Navalnının orada olmadığı bildirilib.

"Alekseyin harada olduğu hələ məlum deyil”, - deyə Yarmış bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15